00:00:00
Yazar
Admin User
04.03.2015 11:17 689 1 dəq oxuma
Dünya

İran Xarici İşlər Nazirliyi Benyamin Netanyahunun çıxışına reaksiya verib

İran Xarici İşlər nazirliyinin sözçüsü Mərziyyə Əfxəm İsrail baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışının saxtakarlıqla dolu və Təl Əviv nümayəndələrinin seçki təbliğatı olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyi Benyamin Netanyahunun çıxışına reaksiya verib

İnformator Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, Mərziyyə Əfxəm bu çıxışın hətta İsrail hakimiyyətini dəstəkləyən kütlələr arasında da sevilmədiyini ifadə edib.

“Uşaq qatili bir dövlətin dünya üçün heç bir dəyərinin olmadığı tamamilə aşkardı” deyən Əfxəm Netanyahunun İranın nüvə proqramı ilə əlaqədar açıqlamalarının keçmiş çıxışlarının təkrarı olduğunu ifadə edərək: “Müzakirələrin davam etməsi və İranın bu yalan böhranın həll edilməsi istiqamətindəki qərarlılığı İranofobiya çalışmalarının artıq təsirsiz olması və işləri idarə edənlərin yalan reklamlar təşkil etməsinə səbəb olub,”- deyib. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər