00:00:00
Yazar
Güllər Gülhüseynova
08.04.2026 09:35 13 1 dəq oxuma
Dünya

İran yenidənqurma prosesinə başlaya bilər- Tramp

İran yenidənqurma prosesinə başlaya bilər- Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran müharibədən bezib və sülh istəyir.

 

"İnformator.az" xəbər verir ki, o bu barədə "Truth Social"da yazıb.

 

"Dünya Sülhü üçün böyük bir gün! İran bunun baş verməsini istəyir, onlar artıq cana doyublar! Eynilə digər hər kəs də!", - Tramp vurğulayıb və əlavə edib ki, Amerika Birləşmiş Ştatları Hörmüz boğazındakı nəqliyyat sıxlığı ilə bağlı kömək edəcək:

 

"Çoxlu müsbət fəaliyyət olacaq! Böyük pullar qazanılacaq. İran yenidənqurma prosesinə başlaya bilər. Biz hər növ təchizatla yüklənəcəyik və hər şeyin yaxşı getdiyindən əmin olmaq üçün sadəcə "ətrafda olacağıq". Bunun belə olacağına əminəm. Eynilə ABŞ-də yaşadığımız kimi, bu, Yaxın Şərqin Qızıl Dövrü ola bilər!".

#i̇ran #bilər- #başlaya #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər