İrana daha çox diqqət yetiririk, Ukrayna isə... - Tramp
ABŞ hazırda əsasən İrana diqqət yetirir və Ukraynadakı münaqişə ilə daha az məşğuldur.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"Ukrayna məsələsi irəliləyir. İstərdim ki, onlar razılığa gələ bilsinlər. Görək bundan sonra nə olacaq. Orada müəyyən şeylər baş verir. Hazırda biz daha çox İrana diqqət yetiririk və bu məsələni necə həll edəcəyimizi anlamağa çalışırıq", - deyə o bildirib.