00:00:00
Yazar
Redaksiya
17.04.2026 14:47 112 1 dəq oxuma
Dünya

İranda hərbi parad ləğv edilib

İranda hərbi parad ləğv edilib

Ordu Günü ilə bağlı aprelin 18-də keçirilməsi planlaşdırılan ənənəvi hərbi parad ləğv edilib.

 

"İnformator.az" xəbər verir ki, bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya deyib.

 

“Bu, mövcud atəşkəsin müharibə şəraitindən çox da fərqlənmədiyinə görə qərara alınıb”, - o bildirib.

 

Əkrəminiya vurğulayıb ki, bu il parad əvəzinə kazarmalarda mədəni proqramlar keçiriləcək.

 

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. 8 apreldə isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs qüvvəyə minib.

#parad #azərbaycan #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər