İranda kütləvi zəhərlənmə: 100 mindən artıq insan məsuliyyətə cəlb edildi
İranda daha çox qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı 100 mindən çox adamın saxlanıldığı açıqlanıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, 30 noyabr 2022-ci il tarixindən etibarən məktəblərdə zəhərlənmə halları müşahidə edilir. Zəhərlənmə hadisələri əsasən qız tələbələr təhsil alan məktəblərdə baverir.
Burucerd Qubernatorluğundan verilən açıqlamada, şəhərdəki məktəblərdə baş verən kütləvi zəhərlənmə hadisələri ilə əlaqəli olduğu təsbit edilən şəxslərin həbs edildiyi bildirilib.
Bəyanatda neçə nəfərin saxlandığı dəqiqləşdirilməsə də, kütləvi zəhərlənmə hallarının səbəbkarlarının ciddi şəkildə cəzalandırılacağı qeyd edilib.
Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və əzalarda uyuşma kimi simptomlar müşahidə olunur. Ölkədə indiyədək yüzlərlə məktəbdə minlərlə şagird zəhərlənib.
Qeyd edək ki, təxminən bir aya yaxındır yaşanmayan kütləvi zəhərlənmə halları son günlər yenidən müşahidə olunmağa başlayıb.
Xumar Bayramqızı
