00:00:00
Yazar
Admin User
19.06.2025 08:36 144 1 dəq oxuma
Dünya

İrandan radiasiya sızması aşkarlanmayıb

İrandan radiasiya sızması aşkarlanmayıb

Küveytin xarici işlər naziri Abdullah əl-Yəhya bildirib ki, İsrailin İranın nüvə obyektlərinə hücumu nəticəsində indiyə qədər heç bir radiasiya sızması qeydə alınmayıb.


Əl-Yəhya "Əl-Əxbar" televiziya kanalına verdiyi açıqlamada Küveytin radiasiya sızması təhlükəsinə qarşı Körfəz ölkələri ilə koordinasiyalı şəkildə çalışdığını vurğulayıb.


Əl-Yəhya deyib: “İrandan heç bir radiasiya sızması qeydə alınmayıb. Hazırkı bütün göstəricilər normaldır və vəziyyət diqqətlə izlənilir”.


Nazir Əl-Yəhya əlavə edib ki, İranda olan Küveyt vətəndaşlarının sayını müəyyən etmək üçün işlərə başlanılıb və təxliyyə prosesinin mümkün qədər tez başa çatdırılması üçün səylər göstərilir.


Küveytin Xarici İşlər naziri onu da qeyd edib ki, Küveyt vətəndaşları arasında hər hansı bir xəsarət alan və ya mənfi hal qeydə alınmayıb.


TRT HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər