00:00:00
Yazar
Lalə Qafarova
29.03.2026 21:01 18 1 dəq oxuma
Dünya

İranın ABŞ hərbi bazasına hücumu: 15 əsgər yaralanıb, hərbi təyyarələrə ziyan dəyib

İranın ABŞ hərbi bazasına hücumu: 15 əsgər yaralanıb, hərbi təyyarələrə ziyan dəyib

 


ABŞ mətbuatının məlumatına görə, İranın ABŞ hərbçilərinin yerləşdiyi Prens Sultan Hava Bazası-na hücumu nəticəsində 5-i ağır olmaqla 15 amerikalı əsgər yaralanıb.

Associated Press agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, İran martın 27-də Səudiyyə Ərəbistanında yerləşən bu bazaya 6 ballistik raket və 29 silahlı pilotsuz uçuş aparatı (SİHA) ilə hücum edib.

 

Yaralanan hərbçilərdən 5-nin vəziyyətinin ağır olduğu bildirilir. The Wall Street Journal qəzeti isə amerikalı və ərəb rəsmilərə istinadən yazıb ki, hücum zamanı ABŞ əsgərləri vurulan binanın içərisində olub.

 

Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı rəsmi açıqlama verməsə də, hücum nəticəsində bazada yerləşən bir neçə havadan yanacaq doldurma təyyarəsinin və E-3 Sentry AWACS tipli erkən xəbərdarlıq və idarəetmə təyyarəsinin zərər gördüyü qeyd olunur.

Açıq mənbələrə əsaslanan bəzi sosial media hesablarında yayılan görüntülərdə ABŞ-yə məxsus KC-135 Stratotanker təyyarələrindən birinin tamamilə məhv edildiyi, üç təyyarənin isə ciddi ziyan görərək istifadədən çıxdığı bildirilib. Həmçinin bazadan paylaşılan fotolarda AWACS təyyarəsinin də ağır zədələndiyi görünür.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə hücumla bağlı açıqlamasında ABŞ-yə məxsus yanacaq doldurma və hava dəstək təyyarələrinin raket və pilotsuz aparatlarla hədəf alındığını təsdiqləyib. Açıqlamada bəzi təyyarələrin məhv edildiyi və ya ciddi ziyan gördüyü vurğulanıb.


TRT HABER 
Reyhan Quliyeva

#təyyarələrə #hərbi #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər