00:00:00
Yazar
Zəri Bayramlı
06.03.2026 22:59 28 1 dəq oxuma
Siyasət

İranın Azərbaycana hücumundan narahatıq-BMT baş katibinin sözçüsü

İranın Azərbaycana hücumundan narahatıq-BMT baş katibinin sözçüsü

Biz bu hadisədən dərin narahatıq, xüsusilə mülki şəxslərin yaralanması və mülki infrastruktura dəyən ziyana görə. Baş katib yaralananlara tezliklə şəfa arzulayır.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki,bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik İranın Azərbaycana dron hücumları ilə bağlı beynəlxalq təşkilatın gündəlik mətbuat konfransında deyib.

 

O bildirib ki, Azərbaycan xarici işlər naziri tərəfindən İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlanıb.

S.Dujarrikin sözlərinə görə, məktubda Azərbaycanın Naxçıvan bölgəsi ərazisində baş vermiş dron hücumu təsvir olunub və sənəd BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının üzvləri arasında yayılır.

Sözçü xatırladıb ki, hadisə ilə bağlı dünən Azərbaycanın və İranın xarici işlər nazirləri arasında da müzakirə aparılıb.

#azərbaycan #i̇ranın #katibinin #azərbaycana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər