00:00:00
Yazar
Ayan Sadi
11.09.2026 22:58 48 2 dəq oxuma
Dünya

İranın BRICS addımı: Cənubi Qafqaz və Yaxın Şərqdə yeni geoiqtisadi reallıqlar

 

İranın BRICS addımı: Cənubi Qafqaz və Yaxın Şərqdə yeni geoiqtisadi reallıqlar

İranın BRICS təşkilatı çərçivəsində mövqeyini gücləndirməsi ölkənin iqtisadi imkanlarının genişlənməsinə və regionda iqtisadi canlanmaya təsir göstərə bilər. Tehran iqtisadiyyatın gücləndirilməsi istiqamətində Şərq ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırır.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İranın BRICS çərçivəsində öz gücünü artırması regionda iqtisadi canlanmaya müsbət təsir göstərəcək amillərdən biridir:

 

“Məsud Pezeşkian hökumətinin əsas məqsədlərindən biri məhz İran iqtisadiyyatını gücləndirməkdir. Bunun üçün Tehran Qərblə müəyyən dərəcədə məsafə saxlamaqla yanaşı, eyni zamanda Şərq ölkələri ilə münasibətlərini də inkişaf etdirməyə çalışır. İran-Hindistan münasibətlərinin inkişafı da məhz bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır.

 

Düşünürəm ki, Tehran Dehli ilə daha da yaxınlaşacaq və yaxın gələcəkdə yüksək səviyyəli səfərlərin şahidi olacağıq. Ola bilər ki, rəsmi səfər çərçivəsində İran prezidenti Məsud Pezeşkian Dehliyə, eyni zamanda Hindistanın baş naziri Narendra Modi Tehrana səfər etsin. İki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün də real siyasi zəmin var”.

 

Ekspert həmçinin qeyd edib ki, İran Hindistanla əməkdaşlığı enerji ixracının genişləndirilməsi baxımından da əhəmiyyətli hesab edə bilər:

 

“Nəzərə alaq ki, hazırda Rusiyanın ən böyük ticarət tərəfdaşlarından biri məhz Hindistandır. Rusiya Qərbin sanksiyalarının təsirini azaltmaq üçün enerji ixracının əhəmiyyətli hissəsini Hindistan istiqamətində həyata keçirir. Eyni siyasəti İran da həyata keçirmək istəyə bilər və bu, Hindistanın özünə də müsbət mənada təsir göstərəcək hadisədir.

 

Regionda İran və Rusiya kimi böyük dövlətlərlə əməkdaşlıq Hindistanın regional və qlobal güc kimi mövqeyini daha da möhkəmləndirə bilər. Eyni zamanda, Hindistanın İran və Rusiya ilə yaxınlaşması bu ölkələr üzərində təsir imkanlarını artırmaq siyasətinə də uyğun gəlir.

 

Nəzərə alaq ki, Narendra Modi ümumilikdə Hindistanın qlobal gücə çevrilməsinə çalışır. Hindistanın iqtisadi və siyasi imkanlarını maksimum şəkildə artırmaq siyasəti həyata keçirilir. Bu baxımdan İran və Rusiya ilə əməkdaşlığın genişləndirilməsi də Hindistanın qlobal güc olmaq strategiyasına tamamilə uyğundur

 

Süsən Mərdalıqızı

#reallıqlar #yaxın #azərbaycan #qafqaz #brics
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər