TUSAŞ və ROKETSAN HÜRSAT-2 layihəsi üzrə müqavilə imzalayıb
TUSAŞ və ROKETSAN Antalyada keçirilən 77-ci Beynəlxalq Kosmik Konqres çərçivəsində HÜRSAT-2 layihəsi üzrə müqavilə imzalayıb.
Müqavilə HÜRSAT peyklərinin kütləvi istehsalına və müxtəlif missiyalara uyğunlaşdırılmasına imkan verəcək. Layihə çərçivəsində peykin əsas sistemləri TUSAŞ, buraxılış sistemi isə ROKETSAN tərəfindən hazırlanacaq.
Tərəflər bunun Türkiyənin kosmos sahəsində milli imkanlarını və qlobal rəqabət qabiliyyətini artıracağını bildiriblər.
TRT Haber
Aişə Mustafayeva