00:00:00
Yazar
Cavahir Əsgərbəyli
23.04.2026 14:41 19 1 dəq oxuma
Dünya

İranın yerinə DÇ-yə İtaliya qatılsın - Trampın nümayəndəsi

İranın yerinə DÇ-yə İtaliya qatılsın - Trampın nümayəndəsi

Trampın xüsusi nümayəndəsi Paolo Zampolli İranın 2026-cı il Dünya Çempionatından kənarlaşdırılması və yerinə İtaliyanın daxil edilməsi təklifini irəli sürüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

 

Məlumata görə, bu ideya ABŞ Prezidenti Donald Trampla İtaliya Baş naziri Corciya Meloni arasında münasibətləri yaxşılaşdırmaq cəhdləri çərçivəsində gündəmə gəlib və Zampolli bunu FİFA prezidenti Canni İnfantinoya təqdim edib. Lakin FİFA prezidenti bu təklifi rədd edib və İran millisinin Dünya Çempionatında iştirak edəcəyini vurğulayıb.

 

Qeyd edək ki, İtaliya yığması pley-off mərhələsində məğlub olduqdan sonra Dünya Çempionatına vəsiqə qazana bilməyib və ardıcıl üçüncü dəfə bu turnirdən kənarda qalıb.

#dç-yə #trampın #i̇ranın #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər