İranla bağlı hərbi seçimlər hələ də gündəmdədir
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən imza mərasimində İrandakı vəziyyətlə bağlı açıqlama verib. O bildirib ki, ABŞ-nin məlumatına görə, İranda edamlar dayandırılıb: “Hazırda heç bir edam planı yoxdur. Əgər belə olsaydı, hamımız kədərlənərdik. Aldığımız məlumata görə, edamlar dayandırılıb və icra edilməyəcək”.
Tramp məlumatın etibarlı mənbələrdən gəldiyini qeyd edib və dəqiqliyini izləyəcəklərini vurğulayıb. Hərbi variantların hələ gündəmdə olub-olmaması ilə bağlı suala cavab olaraq isə o əlavə edib: “Biz prosesin necə inkişaf edəcəyini izləyəcəyik”.
TRT XƏBƏR
Ləman Mahmudlu
