İranla danışıqlar üçün ABŞ heyətini daşıyan 2 təyyarə İslamabada enib
Pakistanlı mənbələr bildirib ki, ABŞ ilə İran arasında keçiriləcək ikinci tur danışıqlar üçün Vaşinqtondan gələn “öncü heyəti” daşıyan 2 təyyarə İslamabada enib.
İslamabaddakı rəsmilər Pakistanda ABŞ ilə İran nümayəndə heyətləri arasında bazar ertəsi keçirilməsi gözlənilən ikinci tur danışıqlarla bağlı açıqlama verib.
Rəsmilər ABŞ-nin “öncü heyətini” daşıyan 2 təyyarənin İslamabada endiyini bildirib.
“Geo News” kanalının xəbərinə görə, polis rəsmiləri ABŞ və İran arasında keçiriləcək ikinci tur danışıqlar səbəbilə İslamabadda yüksək təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.
Pakistan hökumət mənbələri isə dünən verdikləri açıqlamada ABŞ və İran heyətlərinin “böyük ehtimalla bazar ertəsi günü” İslamabadda görüşə biləcəyini qeyd edib.
TRT XƏBƏR
Lalə Qurbanlı