İranla danışıqlarda irəliləyiş olmasa da... - Rubio
Mən ötən gün keçirilən danışıqları böyük bir irəliləyiş kimi təqdim etmək istəmirəm.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Nyu Yorkda keçirilən görüşü şərh edərkən deyib.
O qeyd edib ki, ABŞ və İran nümayəndələri arasındakı danışıqlar böyük bir irəliləyişlə nəticələnməsə də, dialoqun baş tutması faktının özü ümidvericidir.