00:00:00
Yazar
Admin User
17.02.2016 06:27 537 1 dəq oxuma
Dünya

İraq və Küveyt də neft hasilatını donduracaq

İraq və Küveyt neft hasilatının hazırkı kvotalarının “dondurulmasını” dəstəkləməyə hazırdırlar.
İraq və Küveyt də neft hasilatını donduracaq

İraq və Küveyt neft hasilatının hazırkı kvotalarının “dondurulmasını” dəstəkləməyə hazırdırlar.

İnformator.az xəbər verir ki, neft hasilatının həcminə görə OPEK-də ikinci yeri tutan İraq neft hasilatının həcmini  yanvar ayı səviyyəsində “dondurulmasını” dəstəkləməyə hazırdır. Hasilat həcminə görə sutkada 3 mln barel OPEK-də üçüncü yerdə olan Küveyt də hasilat həcmlərinin “dondurulması” təşəbbüsünü dəstəkləməyə hazırdır. 

Nəzərinizə çatdıraq ki, ötən gün Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər. 

Qeyd edək ki, bu gün Venesuelanın neft naziri  hasilatın dondurulması təklifini İran və İraqın neft nazirləri ilə müzakirə edəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər