00:00:00
Yazar
Admin User
02.12.2025 17:53 91 2 dəq oxuma
Sosial

İRİA “Plug and Play”lə əməkdaşlığa başlayır

İRİA “Plug and Play”lə əməkdaşlığa başlayır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) qlobal innovasiya platforması “Plug and Play” ilə əməkdaşlığa başlayır. Bu tərəfdaşlıq startapların qlobal bazarlara çıxışını, akselerasiya və mentor proqramlarına qoşulmasını, həmçinin “Silikon Vadisi” və digər investor şəbəkələrinə inteqrasiyasını gücləndirəcək.

 

Mövzu ilə bağlı IT üzrə mütəxəssis Elvin Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, bu sahənin keyfiyyətcə yüksəlməsi deməkdir:

 

“Bu tərəfdaşlığı sadə dillə desək, Azərbaycan startapları üçün dünyaya açılan qapı kimi qiymətləndirmək olar. “Plug and Play” qlobal miqyasda tanınan innovasiya platformasıdır və onunla əməkdaşlıq yerli layihələrə yalnız maliyyə axtarmaq imkanı yox, eyni zamanda düzgün istiqamət, doğru mentor və real bazar təcrübəsi qazandırır. Yəni startaplar ideyanı təkcə yaratmaqla kifayətlənməyəcək, onu qlobal bazarın tələblərinə uyğun formalaşdırmağı da öyrənəcəklər. Hazırda Azərbaycan startaplarının beynəlxalq bazarda əsas çətinlikləri arasında qlobal miqyasda düşünmə, məhsulun beynəlxalq bazara uyğunlaşdırılması, satış və marketinq təcrübəsinin zəifliyi, həmçinin investorlarla düzgün kommunikasiya qurmaq bacarığının yetərli olmaması dayanır. Bir çox yaxşı texnoloji ideya məhz bu səbəblərdən qlobal səviyyəyə çıxa bilmir. “Plug and Play” kimi platformalar məhz bu boşluqları doldurur, startaplara real biznes yanaşması və qlobal baxış bucağı qazandırır. Əməkdaşlığın daha bir vacib tərəfi IT kadrlarının inkişafıdır. Bu cür proqramlar gənc mütəxəssislərə beynəlxalq mühitdə işləməyi, yeni texnologiyaları real layihələr üzərində tətbiq etməyi və dünyada qəbul olunan standartlara uyğun düşünməyi öyrədir. Bu da təkcə fərdi inkişaf yox, ümumilikdə ölkədə IT sahəsinin keyfiyyətcə yüksəlməsi deməkdir".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər