00:00:00
Yazar
Güllər Gülhüseynova
13.04.2026 09:03 23 1 dəq oxuma
Dünya

İrlandiya kütləvi etirazlar fonunda yanacaq vergilərini azaldır

İrlandiya kütləvi etirazlar fonunda yanacaq vergilərini azaldır

İrlandiya hökuməti limanların, avtomobil yollarının və yanacaq infrastrukturu obyektlərinin işini pozan və bütün ölkə boyu davam edən etirazlar fonunda avtomobil yanacağı üzrə vergilərin 505 milyon avrodan çox azaldıldığını elan edib.

 

"İnformator.az" "Politico"ya istinadən xəbər verir ki, bu qərar barədə İrlandiyanın Baş naziri Mixol Martin məlumat verib.

 

Qeyd olunur ki, bu bəyanat polisin Qoluey və Foyns limanlarında, habelə həftənin əvvəlindən traktor və yük maşınlarının hərəkətinin bloklandığı Dublinin mərkəzindəki aksiya iştirakçılarını dağıtmasından bir neçə saat sonra səsləndirilib.

 

Bundan başqa, bir gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları hərbçilərin dəstəyi ilə Kork qraflığındakı Uaytqeytdə yerləşən ölkənin yeganə neft emalı zavodundan blokadanı qaldırıblar.

 

Hökumət başçısının sözlərinə görə, tədbirlər paketi icazəsiz aksiyaların iştirakçılarına güzəşt kimi qiymətləndirilməməlidir. O vurğulayıb ki, qərar daşıyıcıların və fermerlərin rəsmi təşkilatları ilə birgə hazırlanıb və hakimiyyət etirazların "seçilməmiş" liderləri ilə birbaşa danışıqlar aparmaq niyyətində deyil.

 

Bildirilib ki, son bir həftə ərzində iğtişaşlar İrlandiyada yanacaq tədarükü zəncirlərinə ciddi ziyan vurub.

#gündəm #fonunda #vergilərini #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər