İrəvanda qalmaqalı qətllər baş verir
Müəllif: Sabir Babayev-informator.az
İrəvan şəhərinin kənarında qalmaqallı qətl törədilib.
Daxili İşlər Nazirliyinə zəng vuraraq bildiriblər ki, Nubaraşen cəzaçəkmə müəssisəsi yanında atəş səsləri eşidilir. Nazirliyin informasiya xidmətindən bildiriblər ki, siqnal alınan kimi hadisə yerinə operativ qrup göndərilib və atışma nəticəsində bir nəfərin öldüyü aydınlaşdırılıb. Hüquq-mühafizəçiləri hadisənin Nubaraşen cəzaçəkmə müəssisəsinin bilavasitə qonşuluğunda törədildiyini nəzərə alaraq fövqəladə tədbirlərə al atmağa məcbur olublar.
Ölənlərin kimliyi artıq dəqiqləşdirilib. Hüquq-mühafizəçilərinin yaydığı məlumata əsasən, qarşılıqlı atəşmanı qeydə alan bütün kameralar müsadirə edilib. Xüsusi istintaq əməliyyatları aparılır. Müstəntiqlər, kriminalistlər və ekspertlər hadisə yerində olublar. Təcili yardım xidməti digər iki yaralını Erebuni tibb mərkəzinə aparıb. Levon Kazaryan və Drastamad Tatevosyan isə xəstəxanaya aparılarkən yolda vəfat ediblər.
Yeri gəlmişkən, Levon kriminal avtoritet Yerortmastsi Lyova ləqəbi ilə məşhurdur.Qalmaqallı kriminal divantutmadan sonra çoxsaylı sübutlar qalıb. Nömrələnmələrdən aydın olur ki, onlarca güllə atılıb. Dəqiqləşdirilməmiş məlumata görə, ölənlər Nubaraşenə məhkum ziyarətinə getmişdilər. Hüquq-mühafizəçiləri məhkumlardan kiminsə həmin anda bayırda olduğunu təkzib ediblər. Bu qarşılıqlı atışma idi, yoxsa qabaqcadan düşünülmüş qətl, hesablaşmalar neçə adam atasında olub, atışmalardan əvvəl ölənlərlə cinayətkarlar arasında hər hansı bir ünsiyyət olubmu?
Hüquq-mühafizəçilərinin bütün suallara cavabı eyni idi: “Hazırda sizə əlavə bir şey deyə bilmərik”. Hadisə Nubaraşen cəzaçəkmə müəssisəsinin həyətində baş versə də, kriminal üsullarla hesabları aydınlaşdırmağın nəticələri 100-150 metr o yanadək çatıb, oradan silahlar və güllə daraqları aşkar edilib. Yeri gəlmişkən, etibarlı mənbələrdən alınan məlumata görə, əraziyə cəzaçəkmə müəssisəsinin damında yerləşdirilmiş kameralarla nəzarət edilir və hər şeyin qeydə alındığı ehtimal olunur.
Ermənistanın İctimai televiziyası
