00:00:00
Yazar
Banuçiçək Məmmədova
17.04.2026 12:53 59 2 dəq oxuma
Maraqlı

İşə gecikməyə görə müdir cərimə edə bilər? - Hüquqşünas rəyi

İşə gecikməyə görə müdir cərimə edə bilər? - Hüquqşünas rəyi

İşə gecikmək bəzən adi bir hal kimi görünsə də, əmək münasibətlərində bu məsələ ciddi hüquqi nəticələr yarada bilər. Bir çox işçi düşünür ki, müdirin gecikməyə görə pul cəriməsi tətbiq etməsi normaldır. Amma əslində bu məsələ qanunvericiliklə tənzimlənir və hər cür “cərimə” qanuni sayılmır. Bəs işə gecikən əməkdaş həqiqətən pul ilə cəzalandırıla bilərmi, yoxsa bu, işçinin hüquqlarının pozulması hesab olunur?

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Ramil Süleymanlı bildirib ki, işçinin işə gecikməsinə görə müdir vasitəsilə cərimə oluna bilər və bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsində qeyd olunub:

 

“Belə ki, işçi əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədikdə və ya daxili intizam qaydalarını pozduqda ona dörd intizam tənbehindən biri verilə bilər: töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, aylıq əmək haqqının dörddə birindən çox olmamaq şərtilə cərimə və ya əmək müqaviləsinə uyğun olaraq Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmək. Qeyd edim ki, 186-cı maddənin ikinci bəndinin “c” bəndinə əsasən, əgər müəssisə əmək hüquqları ilə bağlı Həmkarlar İttifaqları ilə kollektiv müqavilə və ya kollektiv saziş imzalayırsa və həmin sənəddə işçinin işə gecikməsinə görə əmək haqqının müəyyən hissəsinin (dörddə birindən çox olmamaq şərtilə) və ya konkret məbləğin cərimə kimi tətbiqi nəzərdə tutulubsa, bu halda həmin cərimə tətbiq oluna bilər”.


Banuçiçək Məmmədova

#hüquqşünas #i̇şə #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər