00:00:00
Yazar
Zəri Bayramlı
24.04.2026 21:08 75 1 dəq oxuma
Sosial

İş vaxtını aşan əməyə hansı qaydada ödəniş edilir?

İş vaxtını aşan əməyə hansı qaydada ödəniş edilir?

İş həyatında bəzən elə vəziyyət yaranır ki, işçilər müəyyən səbəblərdən gündəlik iş saatlarından artıq işləməli olurlar. Bu isə təbii olaraq “bu əlavə əməyin qarşılığı necə ödənilməlidir?” sualını ortaya çıxarır.

 

 

Mövzu ilə bağlı hüquqşünas Səməd Vəkilov “İnformator.az”a açıqlmasında bildirib ki, işçinin iş vaxtından əlavə işə cəlb edilməsinin hüquqi əsası olmalıdır:

 

“Eyni zamanda bu, işəgötürənin əmri ilə rəsmiləşdirilməlidir. Çünki bu zaman əməyin mühafizəsi ilə bağlı məsələlər də öz əksini tapmalıdır. Ödəniləcək əmək haqqı da əmrdə göstərilməlidir.Qanunvericiliyə əsasən, iş vaxtından artıq görülən işə görə əmək haqqının ödənilməsi aşağıdakı qaydada həyata keçirilir:

əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

əməyin işəmuzd ödənilmə sistemində isə işəmuzd əmək haqqı tam ödənilməklə, müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində”.

 

Hüquqşünasın sözlərinə görə, əmək və ya kollektiv müqavilədə artıq işə görə daha yüksək əlavə ödəniş də nəzərdə tutula bilər:

 

“Əmək müqaviləsində və ya kollektiv müqavilədə iş vaxtından artıq görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi də nəzərdə tutula bilər.İş vaxtından artıq görülən işə görə əmək haqqının hesablanması isə tətbiq olunan əmək haqqı sistemindən asılıdır: vaxtamuzd və ya işəmuzd”.

 

Zəri Bayramlı

#vaxtını #qaydada #edilir? #gündəm #aşan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər