00:00:00
Yazar
Nərmin Həşimova
13.05.2026 21:05 18 2 dəq oxuma
Sosial

“İşçi əmək funksiyasını yerinə yetiribsə, onun əməkhaqqını almaq hüququ təmin olunmalıdır”- AÇIQLAMA

“İşçi əmək funksiyasını yerinə yetiribsə, onun əməkhaqqını almaq hüququ təmin olunmalıdır”- AÇIQLAMA

Son günlər müxtəlif dövlət qurumlarında maaşların gecikdirilməsi ilə bağlı yayılan məlumatlar əmək münasibətləri məsələsini yenidən gündəmə gətirib. Qanunvericiliyə görə, əməkhaqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsi işçilərin hüquqlarının pozulması hesab olunur. 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Vamiq Şükürov bildirib ki, Azərbaycanda əmək münasibətlərində ən çox rast gəlinən problemlərdən biri əməkhaqqının gecikdirilməsidir:


“Qanunvericilik isə bu məsələdə işçinin hüquqlarını kifayət qədər ciddi şəkildə qoruyur. Əməkhaqqının vaxtında verilməsi işəgötürənin birbaşa vəzifəsidir. Əmək Məcəlləsinə əsasən, əməkhaqqı qanunvericilikdə və əmək müqaviləsində müəyyən edilən müddətlərdə ödənilməlidir. Əgər müəssisənin maliyyə planlaşdırmasının düzgün aparılmaması, büdcə vəsaitinin vaxtında ayrılmaması, daxili idarəetmədə problemlər və ya digər təşkilati səbəblər nəticəsində maaş gecikirsə, bu artıq işəgötürənin təqsiri hesab olunur. Qanunvericilik açıq şəkildə müəyyən edir ki, əməkhaqqının gecikdirilməsinə görə işçi maddi zərərə məruz qala bilməz. Bu səbəbdən də gecikdirilən hər gün üçün əməkhaqqının bir faizi hesablanır. Yəni işçi yalnız maaşını deyil, gecikmə nəticəsində yaranan kompensasiyanı da tələb etmək hüququna malikdir. Bəzi hallarda işəgötürənlər texniki problemləri və ya maliyyə çətinliklərini əsas gətirirlər, lakin bu hallar işçinin hüququnu aradan qaldırmır. İşçi əmək funksiyasını yerinə yetiribsə, onun əməkhaqqını vaxtında almaq hüququ təmin olunmalıdır. Əgər işçi hesab edirsə ki, əməkhaqqısı qanunsuz olaraq gecikdirilib və ya ona kompensasiya ödənilmir, ilk mərhələdə işəgötürənə yazılı müraciət edə bilər. Problem həll olunmadıqda isə  məhkəməyə müraciət etmək hüququ yaranır. Əmək mübahisələri zamanı məhkəmələr əsasən əmək müqaviləsini, maaş cədvəllərini, ödəniş sənədlərini və gecikmə müddətini araşdırır. Əgər gecikmənin işəgötürənin təqsiri üzündən baş verdiyi müəyyən olunarsa, məhkəmə həm gecikdirilən əməkhaqqının, həm də kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər”.


Gövhər Mehyəddinova

#əməkhaqqı #işçi #gecikmə #problem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər