00:00:00
Yazar
Admin User
02.11.2025 20:18 161 1 dəq oxuma
Mədəniyyət

İsfar Sarabski-Cazın Azərbaycan nəfəsi

İsfar Sarabski-Cazın Azərbaycan nəfəsi

2 noyabr-dünya musiqi səhnəsində Azərbaycan adını qürurla tanıdan istedadlı pianoçu, caz ifaçısı və bəstəkar İsfar Sarabskinin doğum günüdür. O, musiqiyə sadəcə bir sənət kimi deyil, bir dil kimi baxır-millətin ruhunu notlara çevirən, hissləri səssizcə danışdıran bir dil kimi.

 

İsfar Sarabski gənc yaşlarından istedadı ilə seçilib. O, Azərbaycan caz məktəbinin parlaq davamçısı, Böyük Bəsti Bəhmənovanın nəvəsi kimi, musiqi ruhunu ailəsindən miras alıb. Amma bu mirası o, öz yaradıcılığı ilə tamam başqa bir səviyyəyə yüksəlib.

 

2010-cu ildə Montreux Caz Festivalında birinci yer qazanması ilə İsfar dünya musiqi arenasında Azərbaycanın yeni səsini duyurub. Onun ifasında klassik cazla Şərq melodiyalarının birləşməsi dinləyiciləri valeh edir. Hər improvizasiya, hər klaviatura toxunuşu onun daxili dünyasının bir parçasıdır.

 

İsfar Sarabski musiqisində həm Bəstəkarlar İttifaqının salon ruhu, həm də Bakı küçələrinin nostaljisi var. O, pianoda təkcə notları deyil, Azərbaycanın nəfəsini, şəhərin gecələrini, dənizin dalğa səsini hiss etdirir.

 

Bu gün onun doğum günündə xatırlayırıq ki, Azərbaycan cazı təkcə bir janr deyil-bu, bir mədəniyyətin modern təzahürüdür. İsfar Sarabski isə bu mədəniyyətin önündə gedən, səsi ilə körpülər quran sənətkardır.

 

Cazın ritmində bir xalqın ruhu varsa, o, mütləq İsfarın barmaqlarından keçir.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər