İŞİD-in ikinci lideri öldürülüb
İraq mənbələri İŞİD terror təşkilatının ikinci liderinin öldürüldüyü haqqında məlumat yayıb.
İraq mənbələri İŞİD terror təşkilatının ikinci liderinin öldürüldüyü haqqında məlumat yayıb.
İnformator Mehr agentliyinə istinadən xəbər verir ki, İraq təhlükəsilik qüvvələri Səlahəddin əyalətində həyata keçirdiyi əməliyyatın ikinci günündə İŞİD terror təşkilatının ikinci lideri “Abu Abide əl Tunesi”nin Tikritin cənubunda öldürüldüyünü bildirib.
Bundan əlavə İraq mənbələri İraq ordusunun Samarranın şimal-şərqində irəlilədiklərini və Hamreyn strateji bölgəsini ələ keçirdiyini və Səlahəddin Əyalətində əl-Dur bölgəsini demək olar ki azad etdiklərini bildirib.
İraq Ordusu könüllü xalq birliklərinin də yardımı ilə dünəndən etibarən Səlahəddin əyalətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.
