00:00:00
Yazar
Admin User
21.01.2015 08:21 505 1 dəq oxuma
Dünya

“İŞİD” Yaponiya hökumətindən 200 milyon dollar tələb edib

“İŞİD” girov götürdüyü 2 yaponun azad edilməsi üçün Yaponiya hökumətindən 200 milyon dollar tələb edib
“İŞİD” Yaponiya hökumətindən 200 milyon dollar tələb edib

“İŞİD” girov götürdüyü 2 Yaponiya vətəndaşının görüntüləri olan video yayıb. Qruplaşma rəsmi Tokyonun 72 saat ərzində 200 milyon dollar məbləğində fidyə ödəməyəcəyi təqdirdə girovların edam ediləcəyini bildirib. “İŞİD”-in yaydığı bəyanatda deyilir ki, qeyd olunan məbləğ Yaponiyanın qruplaşma ilə mübarizə aparan beynəlxalq koalisiyaya göstərdiyi yardımların məbləğinə bərabərdir. Öz növbəsində Yaponiya hökuməti terora boyun əyəməyəcəyini bəyan edərək, ölkəsinin terrorla mübarizədə mövqeyinin dəyişməz olaraq qaldığını deyib.  

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər