00:00:00
Yazar
Admin User
21.11.2025 18:37 105 1 dəq oxuma
Maraqlı

İslamiada başa çatıb: Azərbaycan neçənci yeri tutub?

İslamiada başa çatıb: Azərbaycan neçənci yeri tutub?

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, tədbir Şahzadə Nurah Universiteti Stadionunda baş tutub.

 

Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyıb.

 

Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparıb.

 

Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olub. Komandamız Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.

 

Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də baş tutub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər