00:00:00
Yazar
Admin User
31.08.2025 19:39 170 3 dəq oxuma
Maraqlı

İsmayıl bəy Qaspiralının vəsiyyəti

İsmayıl bəy Qaspiralının vəsiyyəti

“İqbal” qəzetinin 3 oktyabr 1914-cü tarixli, 754-cü sayında çap olunan “İsmayıl bəyin vəsiyyəti” adlı bir yazı diqqətimi cəlb etdi. Onu oxuduqca bir daha İ.Qaspiralı dühasına heyran qaldım. Ömrünün son dəqiqələrini yaşayan İsmayıl bəy yenə də milləti, xalqı üçün nigarandır, son anda belə millətinin səadəti üçün Tanrısına dua edib. Yəqin ki, oxucular üçün də maraqlı olar. Ona görə də “Vəsiyyəti” sizlərin də diqqətinə çatdırmağı özümə borc bildim.    

       

 Böyük ustad İsmayıl bəy Qaspriniskinin vəsiyyəti üzərinə məşhur və müqtədir mühərrirlərimizdən Həsən Səbri Ayvazovun mühərrirliyi ilə çıxan “Tərcüman” qəzetəsinin idarəmizə gələn son nüsxəsində vəsiyyəti Həsən Səbri əfəndi şöylə anlatıyor: 

       

“Söyləyəcəklərimə diqqət ediniz. Dünəndən bəri kəndimi fəna hiss edirəm. Bu halın nəticəsi bu günlərdə anlaşacaqdır. Madam ki, doğduq, bir gün əlbəttə, öləcəyiz. Sözlərimdən mütəssir olmayın. Doğmaq təbii olduğu kimi, ölmək də təbiidir. Bunun üçün nə olur olmaz, bən sizlərə vəsiyyətimi söyləmək istiyorum. Şayət ölürsəm şu söyləyəcək sözlərimin icrasını sizlərdən bəklərim:

 

1. zarım, Zincirli mədrəsə civalında, kəndisində Məhgili Giray xanın türbəsi bulunan məzarlığın cənubi- şarkisindəki yüksəkcə mevkidə qazılsın.
 
2. Altı yüz rublə vəsaitim var. Bu para adama əmanət olaraq  burakılmışdır. (Oğlu Rifat bəyə xitab) Məzkur məbləği o adamdan alır, dörd yüz rubləsini cənazəm qılındığı gündən etibarən bir aya qadar əhli olanlara təsəddüq edərsin, baqi qalan iki yüz rubləyə də sənəyə qadar bir məktəb ilə bir caminin faydasına sərf eylərsin.
 
3. “Tərcüman” qeyri-qabil təqsimdir. Hiç taksim diləməz, övladlarım çalışsınlar, iradından istifadə etsinlər. “Tərcüman”ı söndürməzlər-ümidindəyəm.
 
4. Bundan sonra “Tərcüman”ın baş mühərriri Həsən Səbri Ayvazov olacaqdır. İki sənədən bəri ona əmanət etməkdəyəm. Sizlər də ona əmniyyət ediniz, oğullarım. Kəndi ixtiyarıyla “Tərcüman”dan getməzsə, onu kimsə idarədən çıxarmayacaqdır.
 
5. “Tərcüman”dan maada olan işləri övladlarım və damadlarım təvsiyyə edərlər.
 
6. Bir buçuk aydan bəri yanımda bulunan Zeynəb nam yetimə qızcığaza əlli rublə hədiyyə edərsiniz.

     

Ismayıl bəyin bu sözlərini eşidib və mütəssir olmamaq, etidalını kayb etməmək heç insanın əlindən gəlirmi? Həpimiz kəndimizdən keçmiş kimi bir hal içində qalmışdıq. Bu halımızı görüncə, ağzından müvəllidülhumuza borusunu alaraq:“Mütəəssir olmayın. İnşallah, bən yavaş-yavaş kəsbi-afiyət edərəm”-,-dedi.

     

Eylülün 10-unda halı daha ziyada ağırlaşmışdı. Gün ortası saat 12 radəsində artıq həyatından kəndisi də ümidini kəsmiş olmalı idi ki, “Yasini-şərif” tilavət etdirdi. “Yasini-şərif” oxunurkən başları ucunda bulunan Kəlam-qədimə əl uzadıb üzünə, gözünə sürtüyordu. Bir azdan sonra gözlərini yumaraq şu sözləri söylüyordu:“Böyük Allahım! Altmış üç buçuk sənə yaşadım. Bu həyatın otuz beş sənəsini müsəlmanların oyanışı, tərəqqisi, təalisi və təkamülü üzərinə sərf elədim. Millətimin səlamət və səadəti üçün əlimdən nə gəldi isə həpisini yapdım. Ya rəbbi!

     

Ey böyük tanrım! Meydana gətirmək istədiyim bir çok şeylər daha vardı. Fəqət buna müvəffəq olmayacağam. Artıq, artıq nə varsa həpsi sənin, həpsi sənin əlindədir. Allahım!”

                                                   
   “İqbal” qəzeti, 3 oktyabr 1914

                                                                 

  “Kaspi” qəzet,  may 2014 

 

BDU-nun professoru Qərənfil Dünyaminqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər