00:00:00
Yazar
Admin User
09.02.2026 16:12 46 2 dəq oxuma
Maraqlı

İspanaq yeyərkən iki dəfə düşünün

İspanaq yeyərkən iki dəfə düşünün

 

İspanağın tərkibindəki bəzi maddələr yanlış bişirmə və saxlama şəraiti ilə birləşdikdə ciddi sağlamlıq problemlərinə, hətta zəhərlənmələrə yol açır.


Mövzu ilə bağlı qida eksperti Tutu Zeynalova “İnformator.az” a açıqlamasında bildirib ki, əslində ispanaq olduqca faydalı tərəvəzdir:

 

“Onun tərkibi antioksidantlar və dəmir ilə zəngindir. Lakin bəzən ispanağı düzgün bişirmədikdə və ya düzgün saxlamadıqda onu zərərli qidaya çevirə bilərik. Belə ki, ispanağın tərkibində olan nitratlar müəyyən şəraitdə nitritlərə çevrilə bilər ki, bu da sağlamlıq üçün zərərlidir.Bu halların qarşısını almaq üçün ispanaq mümkün qədər təzə halda istifadə olunmalıdır. Dərildikdən və ya alındıqdan sonra gecikdirmədən bişirilib yeyilməsi tövsiyə olunur. Bişirərkən ispanağın faydalı xüsusiyyətlərini qorumaq üçün az yağda və uzun müddət bişirməmək lazımdır. Bişmiş ispanağı uzun müddət otaq temperaturunda saxlamaq olmaz.Əgər ispanaq təzədirsə, onu bişirmədən də istifadə etmək mümkündür. Lakin bişirilmiş ispanaq uzun müddət otaq temperaturunda qaldıqda bakteriyaların təsiri ilə zərərli maddələr ortaya çıxar. Və bu maddələr orqanizmə mənfi təsir göstərə bilər. İspanağı qətiyyən soyuducuya qoyub sonradan çıxarıb qızdıraraq yemək tövsiyə edilmir. Çünki bu da sağlamlıq üçün zərərlidir.İspanaq 4-5 dərəcə temperaturda soyuducuda saxlanıla bilər, lakin bu müddət uzun olmamalıdır. Əks halda zərərli təsirlər yarana bilər. Bundan əlavə, ispanağın miqdarı da vacibdir. Çünki onun tərkibində oksalatlar mövcuddur. Xüsusilə ailədə böyrək daşı xəstəlikləri varsa, bu halda ispanaqdan tez-tez istifadə olunması məsləhət görülmür”.

 

Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər