İspaniya-Fransa sərhəddində yanğın
Pireney dağ silsiləsinin Fransa sərhəddindəki hissəsinə yayılan alov 930 hektar meşəlik ərazini külə çevirib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, səlahiyyətlilər tərəfindən verilən açıqlamada səmanı bürüyən tüstü səbəbindən iki ölkəni birləşdirən yolların bağlandığı, qatarların hərəkətinin ləğv edildiyi qeyd edilib.
Fransanın daxili işlər naziri Gerald Darmanin sosial media hesabından verdiyi açıqlamada yanğının Pireney dağ silsiləsində 930 hektar ərazini əhatə etdiyi, təxminən 300 nəfər təxliyə edildiyi bildirilib.
Xatırladaq ki, ötən yay şiddətli quraqlıq səbəbindən İspaniya və Fransada tez-tez meşə yanğınları müşahidə olunurdu.
Fatima Mustafayeva
