İspaniyada 400 min hektar yanıb
İspaniyada meşə yanğınlarının miqyası rekord həddə çatıb. Ölkə üzrə yanğınlar nəticəsində artıq 400 min hektardan çox ərazi məhv olub. Bu, 2006-cı ildən bəri qeydə alınan ən böyük dağıntıdır.
Son günlərdə havaların sərinləşməsi və rütubətin artması böhranın nisbətən zəifləyəcəyinə ümid yaradıb. Lakin Qalisiya bölgəsinin Santa Kristina de Kobres qəsəbəsində yeni yanğın başlayıb və qalın tüstü bütün ərazini bürüyüb.
Hazırda İspaniyada 3,400 nəfərlik ordu qüvvəsi və 50 təyyarə yanğınsöndürmə əməliyyatına cəlb olunub. Onlara Çexiya, Finlandiya, Fransa, Almaniya, Niderland və Slovakiyadan gələn yüzlərlə yanğınsöndürən və texnika dəstək göstərir.
ANEWZ
Güllər Gülhüseynova