00:00:00
Yazar
Admin User
20.01.2026 16:33 63 1 dəq oxuma
Dünya

İspaniyada iki qatarın toqquşması: ölənlərin sayı 41-ə çatıb

İspaniyada iki qatarın toqquşması: ölənlərin sayı 41-ə çatıb

İspaniyanın cənubunda baş verən və azı 41 nəfərin ölümünə səbəb olan iki qatar qəzasından sonra xilasetmə və bərpa işlərinə ağır texnikalar cəlb edilib. Xilasedicilər ikinci gecə də axtarışları davam etdiriblər və bildiriblər ki, ölənlər arasında hələ də qəzaya uğramış vaqonda sıxılmış vəziyyətdə qalan üç nəfərin cəsədi var.

 

Bazar günü axşam saatlarında Adamuz bölgəsində Madriddən gələn sürət qatarının vaqonları relsdən çıxaraq qarşı istiqamətdəki relslərə keçib və əks istiqamətdən gələn qatarla toqquşub. Nəticədə 120-dən çox insan xəsarət alıb. Daxili işlər naziri hadisədə təxribat ehtimalının istisna edildiyini bildirib. Araşdırmanın ilkin mərhələsində əsas diqqət yüksək sürətli xəttdə sınmış rels ehtimalına yönəlib.

 

BBC NEWS

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər