İspaniyada tapılan qədim sümük Hannibalın döyüş fillərinə aid ola bilər
İspaniyanın cənubunda aparılan arxeoloji qazıntılar zamanı tapılan fil ayaq sümüyü Hannibalın məşhur döyüş filləri ilə bağlı əfsanəni təsdiqləyə bilər.
Alimlərin fikrincə, bu tapıntı Second Punic War dövrünə aiddir və Avropada fil qalıqlarına nadir hallarda rast gəlinməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qazıntılar Kordoba yaxınlığındakı Kolina de los Quemados ərazisində aparılıb.
Tarixi mənbələrə görə, Hannibal eramızdan əvvəl 218-ci ildə 37 döyüş fili ilə Alp dağlarını keçərək Romaya qarşı yürüş edib. Tapılan sümüyün isə heyvanın Alp dağlarına çatmadan əvvəl tələf olduğunu göstərdiyi bildirilir.
Tədqiqatçılar sümüyün yaşını karbon analizləri ilə müəyyən ediblər. Qazıntı zamanı həmçinin sikkələr, keramika nümunələri və hərbi ləvazimatlar da aşkar olunub ki, bu da ərazinin döyüş meydanı ola biləcəyini göstərir.
Alimlər sümüyün hansı fil növünə aid olduğunu dəqiqləşdirməyin çətin olduğunu qeyd etsələr də, tapıntının Pun müharibələrində istifadə olunan fillərə dair ilk real sübut ola biləcəyini vurğulayırlar.
BBC
Reyhan Quliyeva
