00:00:00
Yazar
Asiman Vəliyeva
09.04.2026 19:22 12 1 dəq oxuma
Dünya

İspaniyanın İranla bağlı qərarı: Təlimatlar verilib

İspaniyanın İranla bağlı qərarı: Təlimatlar verilib

İspaniya ABŞ və İsrailin İrana hücumlarına görə bağladığı Tehrandakı səfirliyini yenidən açmaq qərarına gəlib. İspaniyanın Xarici İşlər naziri Jose Manuel Albares müvəqqəti atəşkəs razılaşmasına əsasən martın 7-də bağlanan səfirliyin dərhal yenidən açılmasına göstəriş verib.


Albares Tehranda səfir vəzifəsini icra edən Antonio Sanchez-Beneditoya ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hava hücumları səbəbindən martın 7-də müvəqqəti olaraq bağlanan səfirliyi yenidən açmaq üçün İranın paytaxtına qayıtmasını əmr edib. Xarici Əlaqələr Komitəsində çıxışından əvvəl jurnalistlərə açıqlama verən Albares, Tehrandakı səfirliyin yenidən açılması qərarının “ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəs işığında və hər iki tərəfin bu sülh səylərini təşviq etmək məqsədi ilə” verildiyini söyləyib.

 

Hürriyet
Samirə Allahverdizadə

#gündəm #bağlı #verilib #təlimatlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər