İsrail bunu Trampın dəstəyi ilə edir
İordan çayının qərb sahilində məskunlaşma siyasəti Tramp administrasiyasının tam dəstəyi ilə həyata keçirilir.
"Informator.az" xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.
“Bu siyasət birbaşa ABŞ Prezidenti Donald Tramp, ABŞ Dövlət katibi Marko Rubio və ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi ilə koordinasiya olunur.
Bu dəstək məskunlaşma ilə bağlı təsdiqlərin əhəmiyyətli dərəcədə sürətlənməsinə və əvvəlki illərlə müqayisədə beynəlxalq təzyiqlərin azalmasına səbəb olub”, - o bildirib.