İsrail Livanda bufer zonasının yaradılmasını tələb edir
İsrail ABŞ-nin xüsusi nümayəndəsiTom Barrakın Hizbullahla hərbi əməliyyatları dayandırmaq planını rədd edib.
"İnformator.az" xəbər verir ki, məlumatı "Al-Jadeed" telekanalı yayıb.
İsrailin Livanın cənubunda dəqiq zərbələri tədricən dayandırmağa hazır olduğu bildirlir, amma burada mühüm şərt var: bir neçə sərhəd kənd tamamilə boşaldılmalı və bufer zonası rolunu oynamalıdır. İsrail mediası belə xəbər verir.
Strateji planlaşdırma naziri Ron Dermer ABŞ xüsusi nümayəndəsi T.Barakla danışıqlarda bildirib ki, İsrail Hizbullah komandirlərinin zərərsizləşdirilməsindən əl çəkməyə və bir sıra mühüm mövqelərdən qoşunlarını çıxarmağa hazırdır, lakino, “təhlükəsizlik kəməri”ni özündəsaxlayacaq.