00:00:00
Yazar
Asiman Vəliyeva
18.04.2026 21:17 27 1 dəq oxuma
Araşdırma

İsrail ordusu Livanda mövqelərinə yaxınlaşan silahlıların öldürüldüyünü açıqlayıb

İsrail ordusu Livanda mövqelərinə yaxınlaşan silahlıların öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda atəşkəsi pozaraq İsrail qoşunlarına yaxınlaşan "terrorçu bölmə"nin məhv edildiyini açıqlayıb. 


"İnformator" "Teleqraf"a istinadən  xəbər verir ki, ordunun mətbuat xidmətinin açıqlamasında deyilir: "Atəşkəsi pozaraq İsrail qüvvələrinə yaxınlaşan bir terrorçu bölmə müəyyən edilib. Təhdidi aradan qaldırmaq üçün İsrail Hərbi Hava Qüvvələri zərbə endirib və terrorçuları məhv edib".

 

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti qeyd edib ki, ordu İsrailin siyasi rəhbərliyinin direktivlərinə uyğun olaraq fəaliyyət göstərir və mülki şəxslərin, əsgərlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmək səlahiyyətinə malikdir.

#silahlıların #öldürüldüyünü #yaxınlaşan #livanda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər