00:00:00
Yazar
Admin User
24.11.2025 17:55 90 1 dəq oxuma
Dünya

İsrail ordusundan qalan sursatların partlaması nəticəsində 3 uşaq yaralanıb

İsrail ordusundan qalan sursatların partlaması nəticəsində 3 uşaq yaralanıb

Qəzzada İsrail ordusunun bölgədə tərk etdiyi partlamamış hərbi sursatların partlaması nəticəsində üç fələstinli uşaq yaralanıb.

 

Fələstin Polis İdarəsinin açıqlamasına görə, Qəzza şəhərində baş verən hadisə zamanı bir uşaq orta dərəcəli xəsarət alıb. Açıqlamada bölgə sakinlərinə döyüş sursatı və ya şübhəli əşyalarla təmasdan çəkinmək, belə hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermək barədə xəbərdarlıq edilib.

 

Fələstin Mülki Müdafiə İdarəsi isə Qəzzanın şərqindəki əl-Tuffah məhəlləsində İsrail ordusunun tərk etdiyi şübhəli əşyanın partlaması nəticəsində “Abdulal” ailəsindən iki uşağın yaralandığını bildirib.

 

Yerli mənbələr İsrail ordusunun geri çəkildiyi ərazilərdə oyuncaq və gündəlik əşya görünüşündə gizlədilən partlamamış mərmi və tələlər buraxdığını qeyd edir.

 

Qəzza Hökumət Media Ofisinin məlumatına görə, bölgənin müxtəlif hissələrində mülki əhali üçün təhlükə yaradan təxminən 20 min partlamamış hərbi sursat qalmaqdadır.

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər