İsrail Suriyaya raket zərbələri ENDİRDİ
İsrail Müdafiə Qüvvələri Dəməşq yaxınlığında yerləşən hədəflərə raket zərbəsi endirib.
KONKRET.az xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.
Bildirilib ki, raket hücumu yerli vaxtla saat 00:30 radələrində həyata keçirilib.
Məlumata görə, atılan raketlərin bir hissəsi Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Zərbə nəticəsində yalnız maddi ziyan dəyib.
Qeyd edək ki, sentyabrın 17-də Suriya İsrailin Dəməşq hava limanına hücum etdiyini və 5 əsgərin həlak olduğunu açıqlayıb.
