00:00:00
Yazar
Güllər Gülhüseynova
24.04.2026 09:04 14 1 dəq oxuma
Dünya

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq

ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında atəşkəsin üç həftə uzadılacağını açıqlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ağ Ev lideri "Truth Social" sosial şəbəkə hesabında yazıb.

 

"Yaxın gələcəkdə İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu tarixi görüşdə iştirak etmək böyük şərəf olar",- deyə Tramp əlavə edib.

 

Bu gün Oval Ofisdə İsrail və Livanın yüksəkvəzifəli nümayəndələri ilə görüşüblər.

 

Görüşdə ABŞ-nin lideri Donald Tramp, Vitse-prezidenti Cey Di Vens, Dövlət katibi Marko Rubio da iştirak edib.

 

#xəbər #uzadılacaq #atəşkəs #arasındakı #i̇srail
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər