İsraildən Suriyaya yeni hücum- Quneytra hədəfə alınıb
İsrail ordusu Suriyaya yönələn hücumlarını davam etdirir.
Quneytra əyalətinin mərkəz hissəsini minaatan atəşi ilə hədəf alan ordu, bölgədə təxminən 12 min dönüm ərazini də işğal edib.
İsrail ordusunun Suriyada Quneytra əyalətinin mərkəz hissəsində yerləşən Mantara bəndi ətrafını minaatan atəşi ilə hədəf aldığı bildirilib.
Əl-İxbariyənin xəbərinə görə, İsrail ordusu Quneytra kəndində yerləşən Mantara bəndi ətrafına 5 minaatan mərmisi atıb. Hücumda insan itkisi və ya maddi ziyanla bağlı rəsmi açıqlama verilməyib.
AHABER
Lalə Qurbanlı