00:00:00
Yazar
Admin User
17.06.2025 13:07 124 1 dəq oxuma
Dünya

İsrailin müdafiə naziri: “Heç bir mövzuda danışıqlar aparmırıq”

İsrailin müdafiə naziri: “Heç bir mövzuda danışıqlar aparmırıq”

İsrailin müdafiə naziri İsrael Katz Herzliyada raketin düşdüyü əraziyə baş çəkərək jurnalistlərə açıqlama verib. O bildirib ki, İsrail heç bir məsələ üzrə danışıqlara getmir və ölkə vətəndaşlarının təhlükəsizliyinin pozulmasına imkan verməyəcək.

 

ABŞ-nin mümkün hərbi kampaniyaya qoşulması ilə bağlı suala cavab verən Katz qeyd edib:

 

“ABŞ bizim böyük dostumuzdur. Hazırda bəzi hücumlara qarşı özümüzü müdafiə etməkdə bizə yardım edir və buna görə minnətdarıq. ABŞ prezidentinin verdiyi qərarlar Amerikanın daxili məsələsidir. Biz bu qərarlara hörmətlə yanaşırıq və göstərilən hər cür dəstəyə görə təşəkkür edirik”.

 

Mənbə :Caliber

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər