İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 25-ə çatıb
İsrailin blokada altındakı Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 25-ə yüksəlib.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, İsrailin hücumları nəticəsində həyatını itirən və yaralananlarla bağlı Qəzzada Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib.
Açıqlamaya görə, İsrail ordusunun mayın 9-u çərşənbə axşamından etibarən Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 25-ə, yaralıların sayı isə 76-ya yüksəlib.
Qeyd edək ki, İsrail ordusu mayın 9-u çərşənbə axşamı İslami Cihad Hərəkatının rəhbərliyini hədəfə aldığını iddia edərək, blokada altındakı Qəzzaya hücum edib. Fələstinli qruplar buna cavab olaraq Qəzzadan İsrailə bir sıra raketlər atıblar. İsrail və Fələstin qrupları arasında beynəlxalq tərəflər vasitəsilə aparılan atəşkəs danışıqları nəticə verməyib.
