00:00:00
Yazar
Admin User
03.05.2023 13:34 211 1 dəq oxuma
Dünya

İsrailin Qəzzaya hücumları nəticəsində təhsil müəssisələri zərər görüb

İsrailin Qəzzaya hücumları nəticəsində təhsil müəssisələri zərər görüb

İsrailin ötən gün blokadada olan Qəzza zolağına həyata keçirdiyi hücumlarda bəzi təhsil müəssisələrinə ziyan dəydiyi bildirilib.

 

İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, İsrailin hücumları və atəşkəsdən sonra Qəzzada Təhsil Nazirliyindən yazılı açıqlama verilib.

 

İsrailin hücumlarını pisləyən bəyanatda məktəblərin hədəfə alınmasının yüzlərlə şagirdin həyatını təhlükəyə atdığı bildirilib.

 

Açıqlamada İsrailin hücumlarında bəzi məktəblərin zədələndiyi, qəlpələrin binalara və yaxınlıqlara dəyməsi nəticəsində pəncərələrin qırıldığı, divarlarda çatların əmələ gəldiyi bildirilib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər