İşsizliyin səbəbi iqtisadiyyatdır, yoxsa düşüncə tərzi?
İşsizlik cəmiyyətin əsas problemlərindən biridir və bu vəziyyətin yaranmasında iqtisadi amillərin, yoxsa insanların düşüncə tərzinin daha çox rol oynadığı müzakirə mövzusudur. Mövcud şərait bu suala müxtəlif baxış bucaqlarından yanaşmağı zəruri edir.
Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, işsizliyin əsas səbəbi xarici bazara çıxışın və satış strategiyasının olmaması, həmçinin köhnə təhsil sistemi, aşağı əməkhaqqı kimi səbəblərdir:
“Ölkədə işsizliyin səbəbi nə iqtisadi şərait, nə də əmək bazarına uyğun olmayan şərait deyil. Əsas səbəb xarici bazara çıxışın az olması, satış strategiyasının zəif olması ilə əlaqəlidir. Bizdə xarici bazara çıxan məhsul sayı çox azdır . İqtisadi şəraitə qaldıqda, mövcud vəziyyət avantajlıdır. Əmək bazarına qaldıqda isə bizə universitet bilikləri ilə robotlaşmış kadr yox, perspektivli kadr lazımdır. Perspektivli kadrı da ali məktəb hazırlaya bilmir. Çünki əksəriyyətində köhnə kitablarla, üsullarla tədris olunur.
İqtisadi artımla işsizliyi bəzi iqtisadçılar düz mütənasib götürsələr də, mənə görə tərs mütənasibdir. Belə vəziyyətdə də cəmiyyətdə qeyri qanuni hallar artır. Əsas səbəb aşağı əmək haqqı, qohumluq-tanışlıq prinsiplərini misal olaraq deyə bilərik”.
Arzu Poladova
