00:00:00
Yazar
Bəsti Nəsibova
07.06.2026 12:45 27 2 dəq oxuma
Mədəniyyət

“İstedadlar Akademiyası” layihəsi çərçivəsində xanəndəlik üzrə ustad dərsi keçirilib

“İstedadlar Akademiyası” layihəsi çərçivəsində xanəndəlik üzrə ustad dərsi keçirilib

06 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi tərəfindən həyata keçirilən “İstedadlar Akademiyası” layihəsi çərçivəsində gənc istedadlar üçün xanəndəlik sənəti üzrə ustad dərsi təşkil olunub.

Tədbiri giriş sözü ilə açan “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri və layihə rəhbəri Vüsalə Qələndərli iştirakçıları salamlayaraq layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. O bildirib ki, “İstedadlar Akademiyası” layihəsi gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların müxtəlif incəsənət sahələrində inkişafına dəstək göstərilməsi və milli-mədəni irsimizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Vüsalə Qələndərli çıxışında xüsusilə muğam və xanəndəlik sənətinin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, bu sənətin gənclər arasında təbliğinin və istedadlı ifaçıların yetişdirilməsinin birliyin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib.

Ustad dərsini Respublika və beynəlxalq müsabiqələr laureatı, tanınmış xanəndə-pedaqoq Maya Cəbrayılova aparıb. Praktiki məşğələ formatında təşkil olunan dərs zamanı iştirakçılara muğam ifaçılığının incəlikləri, səsin düzgün idarə olunması, nəfəs texnikası, səhnə mədəniyyəti və peşəkar ifaçılığın əsas prinsipləri barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində gənc iştirakçıların canlı ifaları dinlənilib, onlara fərdi tövsiyələr verilib, ifa zamanı yol verilən nöqsanlar izah olunaraq peşəkar inkişaf istiqamətləri göstərilib. İştirakçılar ustad dərsinin onların musiqi biliklərinin və ifaçılıq bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə verdiyini bildiriblər.

Sonda qeyd olunub ki, “İstedadlar Akademiyası” layihəsi çərçivəsində müxtəlif incəsənət sahələrini əhatə edən ustad dərsləri, yaradıcılıq görüşləri və maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcək. Layihənin əsas məqsədi istedadlı gənclərin aşkara çıxarılması, onların inkişafına dəstək göstərilməsi və milli-mənəvi dəyərlərimizin yaşadılmasına töhfə verməkdir. 

#baki #keçirilib #çərçivəsində #azərbaycan #akademiyası”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər