00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
04.09.2026 21:46 77 2 dəq oxuma
Maraqlı

İsti havalarda “beyin dumanı” niyə yaranır?

İsti havalarda “beyin dumanı” niyə yaranır?

 

Yay aylarında yüksək temperaturla birlikdə bir çox insan diqqətini toplamaqda çətinlik çəkir, daha tez-tez unutqanlıq yaşayır və fikirlərini əvvəlki qədər aydın ifadə edə bilmir. Mütəxəssislər bu vəziyyətin isti hava, susuzlaşma və yuxu keyfiyyətinin pisləşməsi ilə əlaqəli ola biləcəyini bildirirlər.Nevroloji mütəxəssis Dr. Selda Özşahinin sözlərinə görə, “beyin dumanı” ayrıca xəstəlik deyil. Bu ifadə daha çox insanın zehni aydınlığının azalması, diqqətini cəmləyə bilməməsi və düşüncələrini toparlamaqda çətinlik çəkməsi kimi əlamətləri təsvir edir.

 

Beyin dumanı yaşayan insan əvvəllər rahatlıqla gördüyü işləri yerinə yetirməkdə çətinlik çəkə bilər. Söz tapmaqda çətinlik, diqqəti uzun müddət saxlaya bilməmək, dalğınlıq və zehni yorğunluq ən çox rast gəlinən şikayətlər arasındadır.Mütəxəssis bildirir ki, bu vəziyyət çox vaxt müvəqqəti olur və həyat tərzində müəyyən dəyişikliklər etdikdə yaxşılaşa bilər. Lakin şikayətlər uzun müddət davam edir və getdikcə ağırlaşırsa, vəziyyəti yalnız stress və ya isti hava ilə əlaqələndirmək düzgün deyil.

 

İsti hava beyinə necə təsir edir?

Yüksək temperatur zamanı orqanizm bədən temperaturunu tənzimləmək üçün daha çox çalışır. İsti havada kifayət qədər maye qəbul edilməməsi isə susuzlaşmaya gətirib çıxara bilər.

Bundan əlavə, yay aylarında gecələr isti səbəbindən yuxunun keyfiyyəti də pisləşə bilər. Yuxusuzluq və yorğunluq ertəsi gün diqqətin azalmasına, unutqanlığa və zehni performansın zəifləməsinə səbəb ola bilər.Mütəxəssislər buna görə yay aylarında kifayət qədər su içməyi, keyfiyyətli yatmağı və fiziki aktivliyi davam etdirməyi tövsiyə edirlər.

Vitamin çatışmazlığı da səbəb ola bilər

Bəzi insanlarda beyin dumanına bənzər şikayətlər vitamin və mineral çatışmazlığı ilə əlaqəli ola bilər.

B12 və D vitamini, dəmir çatışmazlığı, həmçinin omeqa-3 səviyyəsinin aşağı olması zehni yorğunluq və diqqət problemləri ilə əlaqəli ola bilər.

Lakin mütəxəssislər vitaminləri özbaşına qəbul etmək əvəzinə, uzunmüddətli şikayətlər zamanı həkim müayinəsindən keçməyi və lazım gəldikdə qan analizləri etdirməyi tövsiyə edirlər.

Beyin dumanını azaltmaq üçün nə etmək olar?

Mütəxəssislərin tövsiyələrinə əsasən, yay aylarında zehni performansı qorumaq üçün:

• Kifayət qədər su qəbul edin.
• Yuxu rejiminizə diqqət yetirin.
• Müntəzəm fiziki aktiv olun.
• Balanslı qidalanın.
• Beyni aktiv saxlayan fəaliyyətlərlə məşğul olun- kitab oxumaq, yeni bacarıq öyrənmək, bulmaca həll etmək və s.
• Stressi mümkün qədər azaltmağa çalışın.
• Uzun müddət davam edən unutqanlıq və diqqət problemlərini ciddi qəbul edin.

Səkinəbəyim Cəfərova

Xəbər Türk 

 

#i̇sti #niyə #azərbaycan #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər