00:00:00
Yazar
Admin User
18.08.2023 08:46 441 2 dəq oxuma
Maraqlı

İSTƏK UĞRUNA ATILAN DAŞIN GƏTİRDİYİ KƏDƏR VƏ FƏLAKƏT...

İSTƏK UĞRUNA ATILAN DAŞIN GƏTİRDİYİ KƏDƏR VƏ FƏLAKƏT...

  Günün birində uşaq sapandı ilə "oynayırdı". Xeyli müddətdən sonra yorğun halda iri gövdəli ağacın yanına yaxınlaşdı. Bu zaman gözünə ana və bala quş sataşdı.

   Ağacın sıx budaqları üstə bir-biri ilə oynayırdılar. Sevinc cəh-cəhləri, qanad çırpıntıları insanda xoş təsir oyadırdı. Əvvəlcə uşaq bala quşu tutmaq istədi. Ona sahib olmağın yollarını aradı. Bu zaman ağlına bir fikir gəldi: sapandını ona tərəf tuşladı. Elə bu zaman bala quş anasının yanından – budaqdan uçaraq havaya qalxdı. Uşaq isə sapandını çəkərək bala quşu vurdu. Quş göydən pərvanə kimi yerə endi. "Qəhrəman" sevinərək yaralı və çarəsiz halda yerə düşən quşa tərəf şığıdı. Bu zaman ana quş bala quşun yanına endi. Bu mənzərəni görən uşaq qeyri-ixtiyari şəkildə yerində dayandı. Ana quşun fəryadını, ah-naləsini donmuş bədəni, bərəlmiş gözləri ilə seyr elədi. 

   Ana quş qanadı ilə birlikdə özünü yerdən-göyə çırpdı, ancaq heçnə dəyişmədi. Bir vaxt sevincdən, xoşbəxtlikdən cəh-cəh vuran bala quş ayılmadı. Ana quş dimdiyində  soxulcan gətdi. Bala quş heçnəyə əhəmiyyət vermədən qanlı və cansız bədəni ilə qara torpaq üzərində uzanmışdı. Ana quş fəryad etdi, göz yaşı tökdü. Artıq o da balasının yoxluğunu sanki anlamışdı. Uşaq bunu gördükdə peşman olaraq  ağlamağa başladı. Amma gec idi. 

   Bəzən insanlar həyatda istədiklərinə çatmaq üçün  hər şey edirlər. Bəzən ağılsız davranış insanı qaranlığa, yaxud ucsuz-bucaqsız uçuruma sürükləyir. Çox istəyən insan, azdan da qalır – istədiklərindən də  məhrum olur. Onu öz "əlləri" ilə məhv edir.

   Uşaq bala quşu görəndə onun cəh-cəh vurmasına, havada qanad çırparaq  göz oxşamasına valeh olur. Onu əlləri arasına almağı, öz quşu olmağını istəyir.  Düşüncəsiz istək bala quşun ölümünə səbəb olur. Sonda iki məqam görünür: özünün kədəri və ana quşun  acısı.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər