00:00:00
Yazar
Admin User
03.02.2026 18:24 261 2 dəq oxuma
Maraqlı

"İstəyərdim ki, müasir animatorlar dərin hekayələri yüksək bədii üslubda danışsınlar"

"İstəyərdim ki, müasir animatorlar dərin hekayələri yüksək bədii üslubda danışsınlar"

Müasir animasiya filmləri yalnız uşaqlar üçün əyləncə vasitəsi deyil, eyni zamanda gənclərin və böyüklərin dünyagörüşünü formalaşdıran bir mədəni fenomenə çevrilib. Bu filmlər vasitəsilə sosial dəyərlər, dostluq, ailə münasibətləri, etik məsələlər və hətta tarixi mövzular izah olunur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında rejissor İlqar Safat "Duman içində Kirpi" və "Nağıllar Nağılı" da daxil olmaqla, bütün dövrlərin ən yaxşı cizgi filmlərindən bəzilərinin yaradıcısı Yuri Norşteyn ilə təhsil almaq şansının olduğunu bildirib:

 

"Bu, unudulmaz bir təcrübə idi. Həmçinin Aleksandr Petrovun "Qoca və Dəniz" cizgi filminin premyerasında iştirak etmək şansım oldu və o bu filmə görə Oskar mükafatı qazanıb. Bunların hamısı müasir animatorların artıq bacarmadığı, yüksək dərəcədə mürəkkəb texniki şəkildə çəkilən əsl sənət əsərləridir. Buna görə də, animasiya üçün bir sənət növü kimi yüksək standartlarım var. İstəyərdim ki, müasir animatorlar dərin hekayələri yüksək bədii üslubda danışsınlar. Bu gün rəqəmsal texnologiyadan istifadə edərək cizgi filmləri yaratmaq çox asanlaşıb. Lakin bu filmlərin məzmunu və vizual keyfiyyəti o qədər də yüksək deyil. Əvvəllər, Sovet dövründə, animasiya o qədər inkişaf etdi ki, bu filmlərdən kadrlar muzeylərdə nümayiş etdirilə bilərdi. Əsl sənət əsəri üçün cizgi filminin hansı auditoriya üçün nəzərdə tutulmasının heç bir fərqi yoxdur. Həm böyüklər, həm də uşaqlar hər biri öz səviyyəsində qiymətləndirməlidir. Animatorlarımıza köhnə məktəbi qoruyub saxlamalarını və bu sənətin ən yüksək səviyyələrinə çatmaq üçün səy göstərmələrini arzulayıram".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər