00:00:00
Yazar
Admin User
12.04.2023 13:20 264 1 dəq oxuma
Dünya

İsveç 34 ildən sonra ilk böyük hərbi təlimini keçirəcək

İsveç 34 ildən sonra ilk böyük hərbi təlimini keçirəcək

İsveç son 34 ilin ən böyük hərbi təlimini keçirəcək.


İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, İsveç 1989-cu ildən bu yana ilk geniş miqyaslı hərbi təliminə hazırlaşır. Hərbi təlimin aprelin 24-də baş tutacağı gözlənilir.

 

İsveç NATO-ya üzvlük müraciəti və müdafiə xərclərinin artırılması kimi təşəbbüslər vasitəsilə hərbi potensialını gücləndirmək səylərini davam etdirir. ABŞ, İngiltərə, Finlandiya, Polşa, Norveç, Estoniya, Latviya, Litva, Ukrayna, Danimarka, Avstriya, Almaniya və Fransanın da qatıldığı "Avrora 23" adlı təlimdə təxminən 26 min əsgər iştirak edəcək.

 

İsveç Ordusunun polkovnik-leytenantı Henrik Larsson deyib: “Aurora 23-ün məqsədi ordunun İsveçə qarşı silahlı hücuma qarşı birgə əməliyyat imkanlarını artırmaq və regionun sabitliyinə töhfə verməkdir”.

 

Havada, quruda və dənizdə keçiriləcək təlimə qatılan əsgərlərə istənilən hücum və ya genişmiqyaslı quru, hava və dəniz manevrləri qarşısında İsveçin hərbi hazırlıq qabiliyyətini artırmaq üçün təlim keçiləcək. Logistika ilə bağlı fəaliyyətlərin də həyata keçiriləcəyi təlimdə mülki və hərbi qurumlar arasında əməkdaşlıq sınaqdan keçiriləcək və ölkəyə hücum zamanı ortaq əməliyyat diqqət mərkəzində olacaq.

 

Təxminən üç həftə davam edəcək hərbi təlim mayın 11-də başa çatacaq.


Qeyd edək ki, son illərdə hərbi hazırlıq potensialını gücləndirmək məqsədilə müxtəlif addımlar atan İsveç 2022-ci ilin aprelində müdafiə xərclərini ümumi daxili məhsulun iki faizinə çatdırmaq qərarına gəlib. 

 

Fatima Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər