İsveç baş naziri: "Türkiyəyə verdiyimiz sözləri tutacağıq"
İsveçin baş naziri Kristersson NATO üçün Türkiyəyə verilən sözlərə əməl ediləcəyini bildirib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson ölkə olaraq çox təhlükəli vəziyyətdə olduqlarını və İsveçin NATO-ya üzvlüyünün Türkiyənin qərarından asılı olduğunu bildirib.
Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edən sənəd Türkiyə tərəfindən 1949-cu il Şimali Atlantika müqaviləsinin himayədarı olan ABŞ-a təhvil verilib. Beləliklə, Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü olub.
Finlandiyadan sonra İsveç də NATO-ya üzv olmaq üçün hərəkətə keçdi.
İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı danışan baş nazir Finlandiyanın NATO üzvlüyünün təsdiqlənməsindən məmnunluğunu ifadə edib.
Kristersson "NATO-da olmadığımız üçün üzgünük. Hazırda ölkə olaraq çox təhlükəli bir vəziyyətdəyik, bunu anlamaq vaxtıdır. Bu proses tamamilə Türkiyəyə bağlıdır və mən Türkiyənin iradəsinə hörmətlə yanaşıram" ifadələrini işlədib.
Baş nazir 1 iyunda qüvvəyə minəcək terror qanunu ilə Türkiyəyə verilən vədlərin yerinə yetiriləcəyini də vurğulayıb.
Sayad
