00:00:00
Yazar
Admin User
19.12.2025 17:34 128 3 dəq oxuma
Mədəniyyət

İƏT Mədəniyyət Festivalı

İƏT Mədəniyyət Festivalı

Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə dekabrın 5-dən 11-dək paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025” keçirilib.

Mövzu ilə bağlı olaraq Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) rəhbəri Rəşad Cəfərov “İnformator.az” a açıqlamasında bildirib ki, Bakı Yaradıcı Həftə təkcə tədbirlər silsiləsi deyil,uzunmüddətli mədəni diplomatiya və yaradıcı iqtisadiyyat platformasıdır:

“Bu festivalın əsas məqsədi Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında yaradıcı sənayelər və müasir mədəniyyət sahəsində aparıcı platforma kimi təqdim etmək idi. Biz mədəniyyətə təkcə irs və ənənə prizmasından deyil, eyni zamanda yaradıcı iqtisadiyyat, innovasiya və beynəlxalq əməkdaşlıq baxımından yanaşırıq.
“Bakı Yaradıcı Həftə” ölkəmizin mədəni strategiyasında mədəni diplomatiyanın gücləndirilməsi, yaradıcı sənayelərin institusional inkişafı və Azərbaycanın qlobal mədəni xəritədə mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan Bakı Yaradıcı Həftə təkcə tədbirlər silsiləsi deyil, uzunmüddətli mədəni diplomatiya və yaradıcı iqtisadiyyat platformasıdır. “Bakı Yaradıcı Həftə” artıq bir tədbir yox, davamlı platformadır.Festivalda 50-dən çox ölkədən 300-dən artıq beynəlxalq qonaq iştirak edib. İƏT-ə üzv ölkələrlə yanaşı, beynəlxalq təşkilatlar, yaradıcı birliklər və müstəqil sənətçilər də bu platformada təmsil olunublar.
Bu geniş coğrafiya mədəniyyətlərarası dialoqu sadəcə fikir mübadiləsi səviyyəsində saxlamır, onu praktik əməkdaşlığa çevirir. Burada ortaq layihələr, koproduksiyalar, yaradıcılıq rezidensiyaları və gələcək əməkdaşlıqlar üçün real zəmin formalaşır. Fərqli mədəniyyətlərin bir araya gəlməsi Bakını yaradıcı dialoq mərkəzinə çevirir.
Bir nümunə mərkəzimiz adından qeyd edə bilərəm: Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz), ATA – Türk Animasiya Assosiasiyası və UzCA – Özbəkistan Yaradıcı Assosiasiyası üçtərəfli əməkdaşlıq memorandumu imzalandı. Bu memorandumun məqsədi animasiya və oyun sənayesi sahələrində yeni imkanlar yaratmaq, mütəxəssis hazırlığına dəstək vermək, birgə layihələrin icrası və regionda yaradıcı sənayelərin davamlı inkişafını təşviq etməkdir.Bu həftəlik Azərbaycan üçün yaradıcı sənayelər sahəsində yeni mərhələnin başlanğıcıdır. Ən vacib imkanlardan biri yerli yaradıcıların və layihələrin beynəlxalq şəbəkələrə çıxışıdır. Festival çərçivəsində dizayn, kino, musiqi, rəqəmsal sənət və digər sahələr üzrə Azərbaycan yaradıcıları öz məhsullarını və ideyalarını qlobal auditoriyaya təqdim etdilər.
Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi bu prosesdə həm təşkilatçı, həm də layihələri ilə aktiv iştirakçı kimi çıxış edib. Bizim məqsədimiz yaradıcı insanları təkcə səhnəyə çıxarmaq deyil, onların işlərini dayanıqlı iqtisadi dəyərə çevirməkdir.
Festival çərçivəsində Mərkəzimizdə təşkil olunan Binzes İnkubasiya Proqramlarının stertapları təqdimatları ilə çıxış etdilər. Bundan başqa Yaradıcı Market layihəmizin vendorları MyExpo sərgi zonasında məhsullarını nümayiş etdirdilər. YaradıcıEdu layihəmi çərçivəsində bacarıqlarını artıran gənclərimiz artıq fərdi şəkilsə sərgi iştirakçısı oldular.
Bu, Yaradıcı Mərkəzin artıq regional səviyyəni aşaraq beynəlxalq oyunçuya çevrildiyini göstərir.
Bu festival Azərbaycanın beynəlxalq mədəni tədbirlərin təşkili baxımından etibarlı və peşəkar tərəfdaş olduğunu bir daha sübut etdi. Artıq Azərbaycan təkcə ev sahibi ölkə deyil, eyni zamanda məzmun yaradan və istiqamət verən mərkəz kimi qəbul olunur.
Bu təcrübə gələcəkdə yaradıcı sənayelər sahəsində beynəlxalq festivalların, yaradıcı forumların və böyük mədəni layihələrin Azərbaycanda keçirilməsi üçün ciddi stimul yaradır.
Ən vacibi isə odur ki, bu festival Azərbaycanda mədəni tədbirlərin bir dəfəlik yox, davamlı və sistemli şəkildə keçirilməsinə zəmin yaradır. Bakı Yaradıcı Həftə artıq təkcə tədbir deyil, brend və institusional model kimi qəbul olunur”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər